
Bakı. Trend:
Bu ilin yanvar-may aylarında Azərbaycandan Tunisə neft ixracının
həcmi artıb.
Bu barədə Dövlət Gömrük Komitəsinin açıqladığı Azərbaycanın
xarici ticarətinin gömrük statistikasında bildirilib.
Məlumata görə, hesabat dövründə Azərbaycandan Tunisə 187,6
milyon ABŞ dolları dəyərində 307,2 min ton bitumlu süxurlardan
alınan neft və neft məhsulları ixrac olunub.
Bildirilib ki, bu göstərici 2025-ci ilin eyni dövrü ilə
müqayisədə dəyər ifadəsində 150,2 milyon ABŞ dolları və ya 5 dəfə,
həcm ifadəsində isə 243 min ton və ya 4,8 dəfə artıb.
Qeyd olunub ki, ötən ilin yanvar-may aylarında Azərbaycandan
Tunisə 37,4 milyon ABŞ dolları dəyərində 64,2 min ton bitumlu
süxurlardan alınan neft və neft məhsulları ixrac edilib.
Məlumata əsasən, bu ilin yanvar-may aylarında Azərbaycandan
dünya ölkələrinə ümumilikdə 5,121 milyard ABŞ dolları dəyərində
8,828 milyon ton xam neft və bitumlu süxurlardan alınan neft
məhsulları ixrac olunub.
Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə dəyər
ifadəsində 522 milyon ABŞ dolları və ya 9,2 faiz, həcm ifadəsində
isə 1,535 milyon ton və ya 14,8 faiz azalıb.
Dövlət Gömrük Komitəsinin məlumatına görə, cari ilin yanvar-may
aylarında Azərbaycan neftinin əsas idxalçıları sırasında ilk
üçlükdə 3,021 milyard ABŞ dolları dəyərində 5,339 milyon tonla
İtaliya, 247,8 milyon ABŞ dolları dəyərində 461,3 min tonla
Rumıniya və 245,7 milyon ABŞ dollarından çox dəyərində 433,1 min
tonla Çexiya qərarlaşıb.

