
Bakı.Trend:
Fransanın cənubunda baş verən iri meşə yanğını 4,6 min hektardan
çox əraziyə yayılıb.
Bu barədə AFP agentliyi Şərqi Pireneylər departamentinin
prefekti Pyer Renyo de la Mota istinadən məlumat yayıb.
Pyer Renyo de la Mot bildirib ki, səfərbər olunmuş
yanğınsöndürənlər alovun daha geniş əraziyə yayılmasının qarşısını
almağa çalışırlar.
Güclü külək, quru hava və kəskin isti kimi əlverişsiz hava
şəraiti fonunda təxminən 700 yanğınsöndürən alovla mübarizə
aparır.
Hakimiyyət orqanları Şərqi Pireneylər departamentinin 26
kommunasının sakinlərinin təxliyəsinə başlayıb. Təxliyə tədbirləri
təxminən 10 min nəfəri əhatə edəcək.

