
Bakı.Trend:
Yunanıstanın bu gün üçün Krit, Xios, Samos və İkariya adalarında
yanğın təhlükəsinin səviyyəsi ən yüksək ikinci dərəcə hesab olunan
narıncı xəbərdarlıq səviyyəsinə qaldırılıb.
Bu barədə CNN Türk məlumat yayıb.
Bildirilib ki, paytaxt Afinanı da əhatə edən Attika bölgəsi və
ətraf ərazilər, Peloponnes yarımadasının şimal hissəsi, Evia
(Eğriboz) və Midilli (Lesbos) adaları, həmçinin ölkənin şimalındakı
Kilkis bölgəsi isə sarı xəbərdarlıq zonasına daxil edilib.
Mülki Müdafiə Baş Katibliyi yüksək yanğın riski olan ərazilərdə
yaşayan sakinlərə açıq havada yanğına səbəb ola biləcək bütün
fəaliyyətlərdən çəkinməyə çağırıb. Qurum xüsusilə quru otların
yandırılması, qaynaq işlərinin aparılması, manqal qalamaq və yanğın
törədə biləcək digər fəaliyyətlərin həyata keçirilməməsini tövsiyə
edib.

