Türkiyə nəhəngi böyük transferi reallaşdırdı

Baş səhifə

“Beşiktaş” “Arsenal”ın belçikalı futbolçusu Leandro Trossardın transferini başa çatdırıb.

Metbuat.az xəbər verir ki, İstanbul klubu “Arsenal”la 20 milyon avro qarşılığında razılığa gəlib. Məlumata görə, Trossard Dünya Kubokundan sonra “Beşiktaş”a qoşulacaq. Belçika mətbuatının yazdığına görə, futbolçunun “Beşiktaş”la illik maaşı 7 milyon avro olacaq. Bildirilir ki, “Fənərbaxça” ötən mövsüm onunla maraqlansa da, Trossard bu dəfə “Beşiktaş”ın təklifini qəbul edib.

Qeyd edək ki, Leandro Trossard ötən mövsüm “Arsenal”ın heyətində 50 oyunda 8 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir