
Bakı. Trend:
Konqo Demokratik Respublikasında (KDR) təsdiqlənmiş “Ebola”
virusuna yoluxma hallarının sayı 1561-ə çatıb. Xəstəlik nəticəsində
506 nəfər həyatını itirib.
Bu, KDR İnformasiya Nazirliyinin bəyanatında əksini tapıb.
Qeyd olunub ki, hazırda 628 xəstə xəstəxanalarda və izolyasiya
yerlərində müalicə alır. 253 xəstə isə sağalaraq evə buraxılıb.
Uqanda da isə may ayından bəri virusa 19 yoluxma halı qeydə
alınıb. “Ebola” bu ölkədə 2 nəfərin ölümünə səbəb olub.

