Bu gün bağçalara elektron qəbul başlayır

Baş səhifə

Bakı. Trend:

Bu gündən məktəbəqədər təhsil müəssisələrinə elektron qəbul
başlayır.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Mətbuat
xidmətinin məlumatına görə, 7 iyul saat 11:00-dan etibarən regional
təhsil idarələri və Naxçıvan Muxtar Respublikasının tabeliyində
olan məktəbəqədər təhsil müəssisələrinə elektron növbələrin
yaradılmasına başlanılır.

Bakı şəhəri üzrə məktəbəqədər təhsil müəssisələrinə qəbul üçün
elektron növbələr isə 9 iyul 2026-cı il saat 11:00-dan aktiv
olacaq.




Növbələrin aktivləşmə vaxtı:

  • 2021 və 2022-ci il təvəllüdlü uşaqlar – saat 11:00
  • 2023, 2024 və 2025-ci il təvəllüdlü uşaqlar – saat 15:00

Qeyd edilib ki, bu il ilk dəfə olaraq qəbul prosesi “myGov”platforması üzərindən həyata keçiriləcək. Valideynlər (və ya
qanuni nümayəndələr) qeyd olunan tarixlərdə “myGov” kabinetinə
daxil olaraq “Xidmətlər” bölməsində Elm və Təhsil Nazirliyinin “Məktəbəqədər təhsil müəssisələrinə qəbul” xidmətini seçməklə
elektron müraciətlərini edə bilərlər.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir