“Sabah” klubu bu gün Çempionlar Liqasında meydana çıxır

Baş səhifə

Bu gün UEFA Çempionlar Liqasında 2026/27 mövsümü başlayacaq. 

Modern.az xəbər verir ki, bu il Çempionlar Liqasında Azərbaycanı “Sabah” klubu təmsil edir.

Komandamız 1-ci təsnifat mərhələsində Uelsin TNS klubunu qəbul edəcək.

Bu gün Masazır qəsəbəsindəki stadionda keçiriləcək matç saat 20:00-da başlayacaq. Oyunu Polşadan olan hakimlər briqadası idarə edəcək.

Bu, tarixində ilk dəfə Çempionlar Liqasına qatılan “Sabah” sözügedən yarışda debüt oyunu olacaq. 

Qeyd edək ki, komandalar arasındakı cavab oyunu iyulun 14-də keçiriləcək.

UEFA Çempionlar Liqası
I təsnifat mərhələsi, ilk oyun
7 iyul

20:00. “Sabah” (Azərbaycan) – TNS (Uels)

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir