Qusarda yük maşını aşıb, ölən var – FOTO

Baş səhifə

Qusarda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Şimal bürosunun məlumatına görə, hadisə Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun rayonun Samur qəsəbəsi yaxınlığından keçən hissəsində qeydə alınıb.

İlkin məlumata əsasən, Dağıstan qeydiyyat nişanlı yük avtomobili idarəetmədən çıxaraq magistral yol ilə Samur-Abşeron kanalı arasındakı əraziyə aşıb.

Qəza nəticəsində xəsarətlər alan 28 yaşlı sürücü hadisə yerində ölüb.

Yük avtomobilində daşınan badımcanlar yol kənarına və Samur-Abşeron kanalına tökülüb.

Faktla bağlı araşdırma aparılır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir