Mərdəkanda daha bir nəfər batıb

Baş səhifə

Bakı.Trend:

Dünən axşam saatlarında Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan
qəsəbəsində dənizdə nəzarətsiz ərazidə 1 nəfərin batıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidməti
məlumat yayıb.

Bildirilib ki, dərhal əraziyə FHN-in Kiçikhəcmli Gəmilərə
Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin
dalğıc-xilasediciləri cəlb olunaraq axtarışlara başlanılıb.




Hazırda vətəndaş – 2010-cu il təvəllüdlü Hümbətov Vüsal Arif
oğlunun batdığı ehtimal edilən istiqamətlərdə axtarışlar davam
etdirilir.

Əlavə məlumat veriləcək.

Qeyd edək ki, nazirliyin Mətbuat xidmətindən verilən məlumata
görə ötən gün eyni ailə üzvləri olduğunu bilinən 4 nəfər də
Mərdəkanda dənizdə batıb. Onlardan 2 nəfər xilas edilib, 1 nəfərin meyiti
tapılıb. Hazırda suda batdığı ehtimal olunan digər vətəndaş –
2007-ci il təvəllüdlü Məmmədzadə Zeynəb Rasim qızının axtarışları
davam etdirilir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir