
Bakı.Trend:
Hörmüz boğazında Səudiyyə Ərəbistanının bayrağı altında üzən
neft tankeri digər gəmi ilə toqquşaraq zədələnib.Hadisə Oman
sahilləri yaxınlığında baş verib.
Bu barədə “Reuters” dəniz təhlükəsizliyi sahəsindəki mənbələrə
istinadən məlumat yayıb.
Agentliyin məlumatına görə, neft tankeri mayeləşdirilmiş təbii
qaz (LNG) daşıyan digər tanker ilə toqquşub. Hadisənin
təfərrüatları hələlik açıqlanmayıb. Səudiyyə Ərəbistanı rəsmiləri
isə insidentlə bağlı hələ rəsmi açıqlama verməyiblər.
Qeyd edək ki, Hörmüz boğazı dünya üzrə enerji daşıyıcılarının
dəniz yolu ilə nəqli üçün ən mühüm marşrutlardan biri hesab
olunur.
Hörmüz boğazı Fars körfəzini Oman körfəzi və Ərəb dənizi ilə
birləşdirən, dünyanın ən strateji dəniz nəqliyyatı marşrutlarından
biridir. Qlobal dəniz yolu ilə daşınan neftin təxminən dörddə biri
və mayeləşdirilmiş təbii qazın (LNG) əhəmiyyətli hissəsi bu
boğazdan keçir. Bu səbəbdən Hörmüz boğazında baş verən hər hansı
insident və ya nəqliyyatın məhdudlaşdırılması dünya enerji
bazarlarında neft və qaz qiymətlərinə, eləcə də qlobal ticarətə
ciddi təsir göstərə bilər.

