Oğuzda buğda daşıyan TIR yandı –

Baş səhifə

Oğuzda buğda daşıyan yük maşını yanıb.

Metbuat.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Qumlaq kəndində, biçilmiş taxıl sahəsində baş verib.

Belə ki, taxıl sahəsində buğda toplayaraq çıxan TIR-da anidən yanğın baş verib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Oğuz Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən texnikası və şəxsi heyəti cəlb olunub. Yanğın zamanı TIR tamamilə yanıb, içərisində olan 25 ton buğdanın da bir hissəsi yanaraq yararsız vəziyyətə düşüb.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir