
Bakı. Trend:
İşğaldan azad olunan Xocavənd və Şuşa rayonlarına növbəti köç
prosesi gerçəkləşib.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət
Komitəsinin məlumatına görə, bu mərhələdə Xocavənd rayonunun
Quzeyxırman kəndinə 21 ailə (87 nəfər), Güneyxırman kəndinə 18 ailə
(72 nəfər) və Şuşa rayonunun Kiçik Qaladərəsi kəndinə 15 ailə (51
nəfər) köçürülüb.
Doğma torpaqlarına qayıdan sakinlər göstərilən hərtərəfli dövlət
qayğısına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident
Mehriban Əliyevaya dərin minnətdarlıqlarını ifadə ediblər. Onlar
eyni zamanda torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan
Ordusuna, igid əsgər və zabitlərimizə təşəkkürlərini bildirərək,
Vətən uğrunda canlarını fəda edən şəhidlərimizin əziz xatirəsini
ehtiramla yad edib, onlara Allahdan rəhmət diləyiblər.

