
Bakı.Trend:
Türkiyə beşinci nəsil F-35 qırıcılarını alacaq.
Bunu ABŞ Prezidenti Doland Tramp Ankarada Türkiyənin ev
sahibliyi etdiyi NATO dövlət və hökumət başçılarının 36-cı Zirvə
toplantısı çərçivəsində NATO-nun baş katibi Mark Rutte ilə
keçirdiyi görüşdə deyib.
“Türkiyə F-35-ləri əldə edəcək”, -deyə o bildirib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan daha əvvəl bildirmişdi
ki, çərşənbə axşamı Ankarada Donald Trampla keçirdiyi danışıqların
nəticələrinə əsasən ABŞ-ın F-35 qırıcıları ilə bağlı müsbət qərar
verəcəyinə ümid edir.
Qeyd edək ki, bu gün Ankara şəhərində NATO lidelrərinin növbəti
zirvə toplantısı keçirilir. Bu gün 32 ölkənin dövlət və hökümət
başçıları bir araya gələrək müdafiə xərcləri, İran böhranı,
Avropanın təhlükəsizliyi və alyansın gələcəyi ilə bağlı mühüm
məsələləri müzakirə edəcək.

