
Bakı. Trend:
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik
Zakir Həsənov bir qrup hərbi qulluqçunu təltif edib.
Bu barədə Müdafiə Nazirliyinin Mətbuat xidməti məlumat
yayıb.
Bildirilib ki, general-polkovnik Z.Həsənovun müvafiq əmrinə
əsasən müdafiə nazirinin müavini – Hərbi Hava Qüvvələrinin
Komandanı, Vətən Müharibəsi Qəhrəmanı general-leytenant Namiq
İslamzadə fəxri fərman, Xüsusi Təyinatlı Qüvvələrin komandanı,
Vətən Müharibəsi Qəhrəmanı general-mayor Ələkbər Cahangirov isə “Hərbi xidmətdə fərqlənməyə görə” 2-ci dərəcəli medalı ilə təltif
olunublar.

