Trampın bəyanatından sonra neft bahalaşdı

Baş səhifə

Bakı.Trend:

Neft qiymətləri ABŞ Prezidenti Donald Trampın İranla əldə
olunmuş müvəqqəti razılaşmanın pozulduğunu bəyan etməsindən sonra
6%-dən çox artaraq son iki həftənin ən yüksək səviyyəsinə çatıb.
ABŞ-nin yeni zərbələri Hörmüz boğazı vasitəsilə neft tədarükünün
təhlükə altına düşəcəyi ilə bağlı narahatlıqları daha da
artırıb.

“Reuters”in məlumatına görə, Ankarada keçirilən NATO sammitində
jurnalistlərin İranla qarşılıqlı anlaşma memorandumunun qüvvədən
düşüb-düşmədiyi barədə sualını cavablandıran Tramp deyib: “Şəxsən
mənim üçün hər şey bitib. Mən onlarla işləmək istəmirəm.”




Beynəlxalq etalon hesab olunan Brent markalı neftin ən yaxın
fyuçers müqaviləsinin qiyməti Mərkəzi Avropa vaxtı ilə saat 11:45-ə
(Bakı vaxtı ilə 13:45) olan məlumata əsasən 6%-dən çox artaraq bir
barel üçün 78,79 dollara yüksəlib. WTI markalı neftin qiyməti isə
6,3% bahalaşaraq bir barel üçün 74,88 dollara çatıb. Bundan əvvəl
hər iki marka təxminən fevralın sonlarında İranla müharibənin
başlanmasından əvvəlki səviyyələrinə qədər geriləmişdi.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir