
Bakı.Trend:
Baltikyanı ölkələr öz ərazilərində nüvə silahı yerləşdirəcəkləri
təqdirdə Rusiya tərəfindən cavab tədbirləri ilə üzləşəcəklər.
Bunu Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri
Peskov bildirib.
“Bu qərarı qəbul edən ölkələrin gözləntilərinin əksinə olaraq,
belə addım onların təhlükəsizliyini artırmayacaq”, – deyə Peskov
Vilnüsün öz ərazisində nüvə silahının yerləşdirilməsinə icazə
verilməsi proseduruna başlamaq qərarını şərh edərkən bildirib.
“Əksinə, bu, onlar üçün təhlükə səviyyəsini əhəmiyyətli dərəcədə
artıracaq. Çünki öz maraqlarımızı qorumaq üçün belə ölkələrə
münasibətdə cavab tədbirləri görüləcək”, – deyə o xəbərdarlıq
edib.
Qeyd edək ki, iyulun 3-də Litva parlamentində ölkə ərazisində
nüvə silahının yerləşdirilməsinə qoyulan qadağanın ləğvini nəzərdə
tutan qanun layihəsi qeydiyyata alınıb.

