Qalibaf ABŞ-yə çağırış etdi

Baş səhifə

İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf ABŞ-ni regionda gərginliyi daha da artırmamağa çağırıb və bildirib ki, Hörmüz boğazı yalnız Tehranın şərtləri əsasında açıq olacaq.

Modern.az xəbər verir ki, Qalibaf X sosial şəbəkəsində yazıb: “Əgər siz zərbə endirsəniz, cavab zərbəsi alacaqsınız. Boş yerə mübarizə aparmayın, əks halda daha da dərin bataqlığa düşəcəksiniz. Hörmüz boğazı yalnız İranın şərtləri ilə açılacaq, ABŞ-nin təhdidləri ilə yox”.

O bildirib ki, ABŞ hələ də anlamır ki, hədələmə siyasəti və verilən vədlərin pozulması artıq nəticəsiz qalmır.

Bundan əvvəl Press TV telekanalı İranın ABŞ-nin Küveyt və Bəhreyndəki obyektlərinə cavab zərbələri endirdiyini xəbər verib. Telekanalın məlumatına görə, İran raketləri həmçinin İordaniyadakı Əl-Əzraq aviabazasını hədəfə alıb.

Xatırladaq ki, ABŞ son iki gecə ərzində İrana qarşı zərbələri yenidən bərpa edib. Tehran isə bu hücumların cavabsız qalmayacağını bəyan edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir