
Bakı. Trend:
“Qarabağ” bu gün Avropa Liqasında bu mövsüm ilk matçına
çıxıb.
Ağdam klubu I təsnifat mərhələsində İslandiyanın “Vestri” klubu
ilə üz-üzə gəlib.
Komandalar arasındakı ilk oyun Bakıda keçirilib. Tofiq Bəhramov
adına Respublika stadionunda baş tutan oyun Ağdam təmsilçisinin
qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, komandalar arasındakı cavab oyunu iyulun 17-də
Reykyavikdə keçiriləcək.
Avropa Liqası
I təsnifat mərhələsi
20:00. “Qarabağ” – “Vestri” 3:0
Qollar: Zakaria Savo, 30, Abdullah Zubir, 45+2, Renaldo
Sefas, 87
Baş hakim: Roman Jitari (Moldova).
Tofiq Bəhramov adına Respublika stadionu.

