Konqoda “Ebola”dan ölənlərin sayı 600 nəfəri keçib

Baş səhifə

Bakı. Trend:

Laboratoriya şəraitində təsdiqlənmiş “Ebola” qızdırmasından
ölənlərin sayı Konqo Demokratik Respublikasında (KDR) son sutka
ərzində 25 nəfər artaraq 625-ə çatıb.

Bu barədə Rabitə və KİV İşləri Nazirliyinin gündəlik
bülletenində məlumat verilib.

Bildirilib ki, yoluxanların sayı da əvvəlki günlə müqayisədə 33
nəfər artaraq 1 792-yə yüksəlib. Ölüm göstəricisi 34,9 faiz təşkil
edir.




Hazırda xəstəxanalarda və tibbi təcrid mərkəzlərində 764
pasiyent nəzarət altında saxlanılır.

Son üç həftə ərzində yoluxmuş şəxslərlə təmasda olanların
izlənilməsi göstəricisi isə 78,6 faiz səviyyəsindədir.

Qeyd edək ki, “Ebola” qızdırmasının hazırkı yayılması mayın
15-də KDR-in şərqində və Uqandada başlayıb. Xəstəliyin əsas ocağı
Konqonun İturi əyalətində yerləşir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir