Fransa Mərakeşi məğlub edib – DÇ-2026

Baş səhifə

Bakı. Trend:

Futbol üzrə dünya çempionatında 1/4 final mərhələsinə start
verilib.

ABŞ-nin Foksboro şəhərində yerləşən Boston stadionunda Fransa və
Mərakeş milli komandaları üz-üzə gəliblər. Argentinalı FIFA
referisi Fakundo Telyonun idarə etdiyi oyun Avropa təmsilçisinin
2:0 hesablı qələbəsi ilə başa çatıb. Qolları 60-cı dəqiqədə Kilian
Mbappe və 66-cı dəqiqədə Usman Dembele vurublar.




Bu nəticədən sonra yarımfinala yüksələn Fransa millisi növbəti
raundda İspaniya – Belçika cütünün qalibi ilə qarşılaşacaq.

Qeyd edək ki, ABŞ, Kanada və Meksikanın ev sahibliyi etdiyi
dünya çempionatına iyulun 19-da yekun vurulacaq.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir