
Bakı.Trend:
İsrail ABŞ administrasiyasına İranın ABŞ Prezidenti Donald
Trampa qarşı sui-qəsd hazırlaya biləcəyinə eyham vuran kəşfiyyat
məlumatları təqdim edib.
Bu barədə “The Wall Street Journal” (WSJ) öz məlumatlı
mənbələrinə istinadən xəbər yayıb.
Nəşrin məlumatına görə, İsrail tərəfi ABŞ hakimiyyət orqanlarına
Tehranın ehtimal olunan planları ilə bağlı kəşfiyyat məlumatları
təqdim edib. Bununla belə, həmin məlumatların nə vaxt və hansı
kanallar vasitəsilə ötürüldüyü dəqiqləşdirilmir.
ABŞ Prezidenti çərşənbə günü Ankarada jurnalistlərə
açıqlamasında İranın əsas hədəflərindən biri olduğunu düşündüyünü
bildirmişdi.
WSJ-nin yazdığına görə, İran 2020-ci ildə İslam İnqilabı
Keşikçiləri Korpusunun (SEPAH) “Qüds” qüvvələrinin komandanı Qasım
Süleymaninin öldürülməsinə görə Donald Trampdan qisas almaq
niyyətində olduğunu uzun illərdir açıq şəkildə bəyan edir.
Qəzet həmçinin qeyd edir ki, son həftələr Donald Tramp ilə
İsrailin Baş naziri Benyamin Netanyahu arasında İrana münasibətdə
gələcək strategiya ilə bağlı fikir ayrılıqları dərinləşib. Belə ki,
Netanyahu hərbi kampaniyanın davam etdirilməsinin tərəfdarı olduğu
halda, Tramp münaqişənin daha da alovlanmasının qarşısını almağa
çalışır.

