
Bakı.Trend:
İran infrastruktur obyektlərinə hücum ediləcəyi təqdirdə İsrail
ərazisindəki hədəflərə zərbələr endirəcək.
IRNA agentliyinin məlumatına əsasən, bu barədə İranın Ali Milli
Təhlükəsizlik Şurasının katibi Məhəmməd Baqir Zülqədr bildirib.
“İnfrastruktur obyektlərinə edilən hücumlara cavab zərbələri ilə
qarşılıq veriləcək və İsrail döyüşçülərimizin cavabından təhlükəsiz
qalmayacaq”, – deyə o vurğulayıb.
Bundan bir gün əvvəl İran hakimiyyəti ABŞ-nin hücumlarını davam
etdirəcəyi təqdirdə regiondakı Amerika hərbi obyektlərinə endirilən
zərbələrin çevrəsini genişləndirəcəyi ilə hədələmişdi.

