Azərbaycanlı qadın güləşçi tarix yazıb

Baş səhifə

Bakı. Trend:

Şimali Makedoniyanın Skopye şəhərində güləş üzrə U-20 Avropa
çempionatı davam edir.

Azərbaycan Güləş Federasiyasının məlumatına görə, beşinci yarış
günündə qadın güləşi üzrə mübarizəyə yekun vurulub.




Ruzanna Məmmədova (62 kq) finalda türkiyəli Özdenur Özmezlə
qarşılaşıb. Rəqibinə 6:0 hesabı ilə qalib gələn həmyerlimiz
titulunu qoruyub. Bununla da Ruzanna Azərbaycan güləşi tarixində
U20 yaş qrupunda 3 qat Avropa çempionu olan ilk qadın güləşçi
ünvanına sahib çıxıb.

Zəhra Kərimzadə (72 kq) isə gərgin mübarizə şəraitində keçən
bürünc medal görüşündə Türkiyənin digər təmsilçisi İlayda Çinə 9:11
hesabı ilə məğlub olaraq 5-ci yerlə kifayətlənib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir