Al Tani 74 yaşında vəfat etdi

Baş səhifə

Qətər Dövlətinin keçmiş əmiri, ölkəyə 18 il rəhbərlik etmiş Şeyx Həməd bin Xəlifə Al Tani 74 yaşında vəfat edib.

Metbuat.az xəbər verir ki, bu barədə əmirin ofisi X sosial media platformasında məlumat yayıb.

Rəsmi açıqlamada Həməd bin Xəlifə Al Taninin bazar günü səhər vəfat etdiyi bildirilib. Ofis onun ölümünü ölkə üçün böyük itki adlandırıb.

Həməd bin Xəlifə Al Tani müasir Qətərin banisi hesab olunur. Hakimiyyəti oğluna təhvil verdikdən sonra belə, o, ölkədə böyük təsir və hörmətə malik olmağa davam edib.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir