
Bakı.Trend:
İyulun 15-də Azərbaycanda 40 dərəcə isti olacaq.
Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, sabah
Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz
keçəcəyi gözlənilir. Şimal-qərb küləyinin arabir güclənəcəyi
gözlənilir.
Havanın temperaturu gecə 21-26° isti, gündüz 28-32° isti olacaq.
Atmosfer təzyiqi 754 mm civə sütunundan 757 mm civə sütununa
yüksələcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 50-60 % təşkil
edəcək.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi,
lakin gündüzdən bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış
yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan
xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.
Gecə və səhər bəzi dağlıq ərazilərdə duman olacaq. Mülayim şərq
küləyi əsəcək.
Havanın temperaturu gecə 21-26° isti, gündüz 35-38°, bəzi
yerlərdə 40° isti, dağlarda gecə 14-18° isti, gündüz 24-29° isti
olacaq.

