
Bakı.Trend:
Türkiyənin Futbol üzrə Milli Komandasının sabiq üzvü və idman
şərhçisi Nihat Kahveci saxlanılıb.
Bu barədə Türkiyə KİV-ləri yerli hüquq mühafizə orqanlarına
istinadən məlumat yayıb.
Məlumata görə, onun saxlanılmasına səbəb həyat yoldaşı ilə
yaşadığı mübahisədən sonra qəsdən sağlamlığa zərər yetirmədə
şübhəli bilinməsi olub.
Polis idarəsində aparılan müvafiq prosedurlardan sonra
prokurorluğa göndərilən Kahveci ifadəsinin alınmasından sonra
sərbəst buraxılıb. Bildirilir ki, həyat yoldaşı ondan şikayətçi
olmayıb.

