
Bakı.Trend:
Qırğızıstan yanacağın digər ölkələrə ixracını müvəqqəti qadağan
edib. Hökumətin qərarına əsasən, bu tədbir daxili bazarın tələbatı
tam ödənilənədək qüvvədə olacaq.
Müvafiq sənəd Nazirlər Kabinetinin rəsmi internet saytında dərc
olunub.
Buna qədər yanacağın ixracına qoyulan qadağa yalnız Avrasiya
İqtisadi İttifaqı (Aİİ) hüdudlarından kənar tədarüklərə şamil
edilirdi. Yeni qərara əsasən isə qadağa bütün istiqamətlər üzrə
qüvvədə olacaq. Qərarda bildirilir ki, məhdudiyyətlər daxili
bazarın tam təmin olunmasına və ya Aİİ çərçivəsində vahid neft
bazarının formalaşmasına qədər qüvvədə qalacaq.
Eyni zamanda, ölkə 1 aprel 2027-ci il tarixinədək neft
məhsullarının avtomobil nəqliyyatı ilə idxalına tətbiq olunan
əvvəlki məhdudiyyətlərin icrasını dayandırıb.

