
Bakı.Trend:
Samux rayonunda kütləvi zəhərlənmə faktı qeydə alınıb.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Mətbuat
xidmətindən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, iyulun
15-də saat 15:30 radələrindən etibarən 7-si azyaşlı olmaqla 10
nəfər (4 kişi, 6 qadın) zəhərlənmə şübhəsi ilə Gəncə Şəhər
Birləşmiş Xəstəxanasının nəzdindəki Abbas Səhhət adına xəstəxananın
Yoluxucu xəstəliklər şöbəsinə hospitalizasiya olunub.
“Pasiyentlərin hər birinə zəruri tibbi xidmətlər göstərilib.
Hazırda müalicələri davam etdirilir və vəziyyətləri orta ağır
qiymətləndirilir”, – deyə qurumun Mətbuat xidmətindən əlavə
olunub.
Xatırladaq ki, dünən Gəncədə keçirilən yas mərasimində
zəhərlənmə şübhəsi ilə 5 nəfər xəstəxanaya yerləşdirilib. TƏBİB-dən bildirilib ki, 4 nəfərin
vəziyyəti stabil, 1 nəfərin vəziyyəti isə orta ağır
qiymətləndirilir.

