Baş nazir kimi son səfərini Kiyevə edir

Baş səhifə

Böyük Britaniyanın Baş naziri Kir Starmer vəzifədə son xarici səfərlərindən birini Ukraynaya edib.

Modern.az xəbər verir ki, Sky News-un məlumatına görə, Starmer Kiyevdə Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşəcək.

Məlumata əsasən, Britaniya hökumətinin rəhbəri görüş zamanı Londonun Ukraynaya göstərdiyi “dəmir dəstəyin” dəyişməz qalacağını bir daha təsdiqləyəcək.

Səfər Kir Starmerin baş nazir kimi vida xarakterli xarici səfərlərindən biri kimi qiymətləndirilir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir