Leysan yağacaq, şimşək çaxacaq – Sabahın havası

Baş səhifə

Bakı. Trend:

İyulun 17-də ölkə ərazisində hava əsasən yağmursuz keçəcək, bəzi
dağlıq və dağətəyi rayonlarda isə leysan yağacaq, şimşək çaxacaq,
dolu düşəcək.

Bu barədə Milli Hidrometeorologiya Xidmətinin məlumatında qeyd
olunub.

Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava
şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi
əsəcək.




Havanın temperaturu gecə 22-25° isti, gündüz 30-35° isti olacaq.
Atmosfer təzyiqi 756 mm civə sütunu, nisbi rütubət isə gecə 70-75
%, gündüz 45-55 % təşkil edəcək.

Azərbaycanın əksər rayonlarında havanın əsasən yağmursuz
keçəcəyi, lakin gündüzdən bəzi dağlıq və dağətəyi rayonlarda arabir
yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan
xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi
ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman olacaq.
Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 23-27° isti, gündüz 34-38° isti,
dağlarda gecə 14-18° isti, gündüz 22-27° isti olacaq.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir