
Bakı. Trend:
“SpaceX” şirkətinin “Starship” kosmik gəmisinin prototipinin
13-cü sınaq uçuşu üçün nəzərdə tutulan daşıyıcı raketin buraxılışı
mühərriklərdə yaranan problemlər səbəbindən son anda ləğv
edilib.
Bu barədə şirkətin rəhbəri İlon Mask “X” sosial şəbəkəsində
yazıb.
“Bəzi mühərriklər işə düşmədi və bu, startın avtomatik olaraq
ləğv edilməsinə səbəb oldu”, – deyə o bildirib.
Maskın sözlərinə görə, növbəti buraxılış cəhdi bir neçə gün
sonra həyata keçirilə bilər.

