Trampın sosial şəbəkədəki postları pullu olacaq

Baş səhifə

Bakı.Trend:

ABŞ Prezidenti Donald Trampın şirkəti treyderlərə onun “Truth
Social” sosial şəbəkəsindəki paylaşımlarına ani çıxış imkanı
verəcək ödənişli xidmət istifadəyə verməyə hazırlaşır. Yeni
sistemin artıq avqust ayında fəaliyyətə başlayacağı və müştərilərə
Trampın paylaşımlarını geniş ictimaiyyətə təqdim edilməzdən əvvəl
əldə etməyə imkan verəcəyi gözlənilir.

Bu barədə “The Wall Street Journal” məlumat yayıb.




“Trump Media” hesab edir ki, bu xidmət yeni gəlir mənbəyinə
çevrilə bilər, çünki Ağ Ev rəhbərinin sosial şəbəkədəki
paylaşımları maliyyə bazarlarına tez-tez ciddi təsir göstərir.

Məqalədə qeyd olunur ki, ABŞ lideri sosial şəbəkələrdəki
paylaşımları ilə dəfələrlə maliyyə bazarlarında kəskin
dalğalanmalara səbəb olub. Nəticədə bəzi investorlar böyük qazanc
əldə etdiyi halda, digərləri əhəmiyyətli zərərlərlə üzləşiblər. Bu
fonda Trump Media treyderlərə və institusional investorlara Trampın
“Truth Social” platformasındakı paylaşımlarına geniş yayılmadan
əvvəl prioritet çıxış təmin edəcək ödənişli xidmət yaratmaq
niyyətində olduğunu açıqlayıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir