Almaniyada həbs orderi ilə axtarışda olanların sayı təxminən 150 min nəfərdir

Baş səhifə

Bakı. Trend:

Almaniyada cəza çəkməli və ya həbs olunmalı olan təxminən 150
min nəfər hələ də azadlıqdadır.

Bu barədə “Der Spiegel” jurnalı məlumat yayıb.

Məlumata görə, iyulun 1-nə olan vəziyyətə əsasən, polis 148 min
311 nəfəri axtarır. Eyni şəxs barəsində bir neçə həbs orderi verilə
bildiyindən qüvvədə olan orderlərin ümumi sayı 170 min 667-yə
çatır. Onların 86 faizi cəzasını çəkmək üçün penitensiar müəssisəyə
gəlməyən məhkumlara, 14 faizi isə cinayət işləri üzrə
təqsirləndirilən şəxslərə aiddir.




İcra olunmamış orderlərin təxminən 15 mini zorakı cinayətlərlə
bağlıdır. Onların əksəriyyəti qəsdən ağır bədən xəsarəti yetirmə, 2
min 650-si isə qətl və ya adamöldürmə ittihamları ilə
əlaqədardır.

Hökumətin məlumatına görə, aktiv həbs orderi olanlar arasında
terror aktı törətmək potensialına malik hesab edilən 94 nəfər də
var.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir