
Bakı.Trend:
ABŞ-də İranla hərbi münaqişə fonunda benzinin bir qallonunun
(3,79 litr-red) qiyməti yenidən 4 dollara yüksəlib.
Bu barədə ABŞ-nin Milli Avtomobil Assosasiyası (AAA) məlumat
yayıb.
Assosiasiyanın məlumatına görə, iyulun 20-nə olan vəziyyətə
əsasən, “Regular” (Standart) markalı adi benzinin bir qallonunun
orta qiyməti 4 dollar təşkil edir. Dizel yanacağının bir qallonunun
qiyməti isə 5 dollar həddini keçərək 5,1 dollara çatıb. Müqayisə
üçün qeyd edək ki, iyulun əvvəlində benzinin bir qallonu 3,84
dollara, dizel yanacağının bir qallonu isə 4,81 dollara
satılırdı.
Ən yüksək satış qiyməti Kaliforniya ştatında qeydə alınıb.
Burada bir qallon benzinin qiyməti 5,49 dollara çatıb. ABŞ-nin
bütün qərb sahili boyunca, həmçinin Alyaska, İllinoys, Nyu-York və
Pensilvaniya ştatlarında da benzinin qiyməti ölkə üzrə orta
göstəricidən xeyli yüksəkdir.

