
Bakı. Trend:
Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyası
(ABADA) və tərəfdaş qurumların həyata keçirdiyi layihələr
nəticəsində beynəlxalq yük daşımalarının (BYD) həcmində ötən ilin
müvafiq dövrü ilə müqayisədə 34% artım əldə olunub.
Trend-in
tədbirdə iştirak edən müxbiri xəbər verir ki, bunu ABADA-nın baş
katibi Kənan Qurbanov jurnalistlərə açıqlamasında deyib.
O, inkişafın əsas istiqamətləri və görülən işlər barədə media
nümayəndələrini məlumatlandırıb:
“Türkiyə, Ukrayna, Qırğızıstan və Qazaxıstan ilə elektron “İcazə” blanklarının tətbiqinə başlanılıb. Tezliklə Rusiya və
Gürcüstan da bu sistemə qoşulacaq. Həmçinin Türkmənistan ilə birgə
e-TIR, eləcə də DGK və IRU ilə e-CMR tətbiqi layihələri icra
olunur’
Beynəlxalq əməkdaşlıqla bağlı isə Kənan Qurbanov bildirib ki,
BSEQ-URTA və TDT-URTA çərçivəsində əlaqələr genişləndirilib:
“Azərbaycanın Qazaxıstan, Monqolustan, ÇXR və Gürcüstan ilə
Qarışıq Komissiyalarının işində aktiv iştirak olunub. Bundan başqa,
Çinin logistika nümayəndə heyəti ilə görüşlər keçirilib, ABADA, DGK
və TÜİB arasında üçtərəfli biznes dialoqu təşkil edilib.
Bütün tədbirlər Prezident İlham Əliyevin “Qeyri-neft-qaz
məhsullarının ixracının təşviqi və daşıma xərclərinin dəstəklənməsi
barədə” Fərmanına uyğun olaraq həyata keçirilir”.

