Evlənənlərin sayı kəskin azaldı, 8 min nəfər boşandı

Baş səhifə

Azərbaycanda cari ilin ilk beş ayında 15 min 107 nikah və 8 min 87 boşanma qeydə alınıb.

Modern.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilib ki, Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 2026-cı ilin yanvar-may aylarında 15 107 nikaha daxilolma və 8 087 boşanma halı rəsmiləşdirilib.

Məlumata görə, 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə düşən nikahların sayı 4,7-dən 3,6-ya enib. Boşanmaların sayı da azalma göstərərək 2,0-dan 1,9-a düşüb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir