
Bakı.Trend:
Azərbaycanda bu ilin ilk beş ayında nikah və boşanmaların sayı
azalıb.
Bu barədə məlumat Dövlət Statistika Komitəsinin açıqladığı
2026-cı ilin yanvar-iyun aylarında ölkənin iqtisadi və sosial
inkişafının makroiqtisadi göstəricilərində öz əksini tapıb.
Məlumata görə, cari ilin yanvar-may aylarında 15 107 nikaha
daxilolma və 8 087 boşanma halı qeydə alınıb.
2025-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1 000
nəfərinə düşən nikahların sayı 4,7-dən 3,6-ya, boşanmaların sayı
isə 2-dən 1,9-a enib.

