
Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp regiondakı vasitəçilərin təklif
etdiyi İranla 10 günlük atəşkəs razılaşması və hücumların daha da
kəskinləşdirilməsi arasında seçim edir.
Bu barədə “Axios” nəşri yazır.
Nəşr qeyd edir ki, ABŞ və İsrail rəsmiləri hadisələrin inkişafı
üçün yalnız iki real ssenari görür: ya Hörmüz boğazında gəmiçiliyin
bərpası məqsədilə yeni 10 günlük atəşkəs elan olunacaq, ya da
Tehranın təslim olmağa məcbur edilməsi məqsədi daşıyan ABŞ və
İsrailin genişmiqyaslı hərbi əməliyyatı başlayacaq.
“Tramp hələ son qərarını verməyib. Lakin rəsmilər hesab edirlər
ki, qarşıdakı bir neçə gün onun hansı yolu seçəcəyini müəyyən
edəcək. Çünki Fars körfəzini iflic etmiş uzunmüddətli və çıxış yolu
görünməyən münaqişənin davam etdirilməsi üçün imkanlar demək olar
ki, tükənib”, – nəşr yazır.
İki mənbə “Axios”a bildirib ki, Qətər, Misir, Pakistan və digər
regional vasitəçilər ABŞ və İrana 10 günlük atəşkəs razılaşmasını
təklif ediblər. Amerikalı rəsmilərin sözlərinə görə, Tramp
administrasiyası bu təklifi nəzərdən keçirir.

