Rusiyada daşqın olub, evlər su altındadır

Baş səhifə

Rusiyanın Perm bölgəsində güclü yağışlar nəticəsində onlarla ev və torpaq sahəsi su altında qalıb.

Modern.az xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Məlumata görə, Oktyabr və Uinski rayonlarında dörd kənd və bir qəsəbədə ümumilikdə 72 yaşayış binası və 74 bağ sahəsini su basıb. Oktyabr rayonunun Adileva və Malı Sars kəndlərində beş sahə və beş evdən su artıq çəkilib.

Daşqın nəticəsində xəsarət alan olmayıb. Bölgədə suyun səviyyəsinin növbəti 24 saat ərzində azalacağı gözlənilir.

 

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir