
Bakı.Trend:
Sosial şəbəkələrdə “Vital Hospital”la bağlı yayılan iddialar
Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin nəzarətinə
götürülüb.
Bu barədə Səhiyyə Nazirliyi Trend-in sorğusuna cavab olaraq məlumat verib.
Bildirilib ki, məsələ ilə bağlı araşdırmaya başlanılıb və
hüquq-mühafizə orqanları da məlumatlandırılıb.
“Araşdırmanın nəticələrinə əsasən ictimaiyyətə əlavə məlumat
veriləcək”, – deyə açıqlamada vurğulanıb.
Qeyd edək ki, sosial şəbəkələrdə “Vital Hospital”da ölü doğulan
körpənin zirzəmiyə atıldığına dair iddialar yayılıb.

