
Berlin. Trend:
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iyulun
21-də Berlində rəsmi qarşılanma mərasimi keçirilib.
Almaniya Federativ Respublikasının Federal Kansleri Fridrix
Merts dövlətimizin başçısını qarşıladı.
Almaniya nümayəndə heyəti Prezident İlham Əliyevə, Azərbaycan
nümayəndə heyəti isə Federal Kansler Fridrix Mertsə təqdim
edildi.
Fəxri qarovul dəstəsinin rəisi dövlətimizin başçısına və Federal
Kanslerə report verdi.
Azərbaycan Respublikasının və Almaniya Federativ Respublikasının
Dövlət himnləri səsləndirildi.
Prezident İlham Əliyev və Federal Kansler Fridrix Merts fəxri
qarovul dəstəsinin qarşısından keçdilər.
Xəbər yenilənəcək

