Almaniya Kansleri İlham Əliyevi qarşıladı

Baş səhifə

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iyulun 21-də Berlində rəsmi qarşılanma mərasimi keçirilib.

Modern.az xəbər verir ki, Almaniya Federativ Respublikasının Federal Kansleri Fridrix Merts dövlətimizin başçısını qarşıladı.

Almaniya nümayəndə heyəti Prezident İlham Əliyevə, Azərbaycan nümayəndə heyəti isə Federal Kansler Fridrix Mertsə təqdim edildi.

Fəxri qarovul dəstəsinin rəisi dövlətimizin başçısına və Federal Kanslerə report verdi.

Azərbaycan Respublikasının və Almaniya Federativ Respublikasının Dövlət himnləri səsləndirildi.

Prezident İlham Əliyev və Federal Kansler Fridrix Merts fəxri qarovul dəstəsinin qarşısından keçdilər.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir