İranın müvəqqəti işlər vəkili Fransa XİN-ə çağırılıb

Baş səhifə

Bakı.Trend:

İranın Fransadakı müvəqqəti işlər vəkili İslam Respublikasında
iki fransız diplomatın saxlanılması ilə əlaqədar Parisdə Xarici
İşlər Nazirliyinə çağırılıb.

Bu barədə Fransa Xarici İşlər Nazirliyinin saytında məlumat
verilib.




Bildirilib ki, iranlı diplomata bunun qəsdli və məqsədli
aqressiv hərəkət olduğu və qəti şəkildə pisləndiyi çatdırılıb.
Nazirlik qeyd edib ki, Fransa diplomatlarının saxlanılması
diplomatik personalın təhlükəsizliyinə təminat verən Vyana
konvensiyalarının pozulmasıdır və Tehrana xəbərdarlıq edib ki, bu
qərar nəticəsiz qalmayacaq.

Fransa XİN vurğulayıb ki, Paris İrandan baş verən hadisənin
bütün hallarına aydınlıq gətirməsini, günahkarların
cəzalandırılmasını və beynəlxalq öhdəliklərə uyğun olaraq Fransanın
diplomatik nümayəndəliklərinin və əməkdaşlarının təhlükəsizliyinin
təmin edilməsini gözləyir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir