
Bakı.Trend:
Bakı şəhərinin Sabunçu rayonu, Zabrat qəsəbəsində təkər
tullantıları yığılmış ərazidə yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, hadisə ilə bağlı
məlumat nazirliyin “112” qaynar telefon xəttinə daxil olub.
Məlumat əsasında dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə
Xidmətinin qüvvələri cəlb edilib.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam
etdirilir.
Faktla bağlı əlavə məlumatın veriləcəyi bildirilib.

