
Bakı.Trend:
Çin “Gravity-1” daşıyıcı raketi vasitəsilə orbitə doqquz yeni
süni peykini çıxarıb.
Bu barədə “Xinhua” agentliyi məlumat yayıb.
Məlumata görə, iyulun 22-də yerli vaxtla saat 10:54-də (Bakı
vaxtı ilə 06:54) Şanxay sahilləri yaxınlığındakı dəniz
platformasından “Gravity-1” daşıyıcı raketi uğurla buraxılıb.
Bildirilir ki, orbitə çıxarılan peyklər “Dongpo”, “Xiguang” və
“Tianyi” seriyalarına aiddir və Yerin məsafədən zondlanması
məqsədilə istifadə olunur.
Pekin milli kosmik proqramını fəal şəkildə inkişaf etdirərək
meteoroloji, telekommunikasiya və naviqasiya peykləri, həmçinin
Ayın tədqiqi üçün nəzərdə tutulan texnologiyalar hazırlayır.
Dövlətin dəstəyi ilə Çin mütəxəssisləri asteroidlərin və Marsın
öyrənilməsinə yönəlmiş layihələri həyata keçirirlər. Hazırda
orbitdə beynəlxalq əməkdaşlıq üçün də nəzərdə tutulan Çin kosmik
stansiyası da fəaliyyət göstərir.

