
Bakı.Trend:
Moldovada parlament tərəfindən bir gün əvvəl təsdiqlənmiş, Baş
nazir Vasile Tofanın rəhbərlik etdiyi Nazirlər Kabineti üzvlərinin
Prezident Maya Sandunun qarşısında andiçməsi keçirilib. Mərasim
dövlət başçısının administrasiyasının binasında keçirilib və
respublika hökumətinin saytında canlı yayımlanıb.
“Biz Moldova Respublikasını Avropa standartlarına uyğunlaşdırmaq
istiqamətində işi davam etdirməliyik. Qarşıdakı bir neçə ay ərzində
Avropa inteqrasiyası prosesində mühüm mərhələlərə nail olmalıyıq və
sizdən bu səyləri prioritet hesab etməyinizi xahiş edirəm”, – deyə
Sandu nazirlərə müraciət edib.
O, hökuməti iqtisadi inkişafı stimullaşdırmağa, biznes mühitini
yaxşılaşdırmağa, dövlət əmlakını daha səmərəli idarə etməyə, Avropa
fondlarının vəsaitlərini daha dolğun mənimsəməyə, həmçinin
vətəndaşların və dövlətin təhlükəsizliyini təmin etməyə
çağırıb.

