Rezidenturaya qəbulun II mərhələsinə qeydiyyat başlanır

Baş səhifə

Bakı. Trend:

Rezidenturaya qəbul imtahanınin II mərhələsinə qeydiyyat
başlanır.

Bu barədə Dövlət İmtahan Mərkəzinin rəsmi saytında məlumat dərc
edilib.

Məlumata görə, rezidenturaya qəbul olmaq üçün baza fənləri üzrə
biliklərin qiymətləndirilməsi imtahanında (I mərhələ) “məqbul”
almış (40 və daha çox bal toplamış) və rezidenturaya qəbul olmaq
hüququ olan namizədlər ixtisas fənləri üzrə biliklərin
qiymətləndirilməsi imtahanında (II mərhələ) iştirak etmək üçün 22
iyuldan 30 iyul saat 23:59-dək tələb olunan məbləği “Şəxsi
kabinet
”lərinin hesabına əlavə edib qeydiyyatdan keçməlidirlər.




“Qeydiyyatdan keçməyən namizədlər ixtisas fənləri üzrə
biliklərin qiymətləndirilməsi imtahanına buraxılmayacaqlar.

Baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından
“məqbul” alan (40 və daha çox bal toplayan) tələbələr ixtisas
fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına yalnız
rezidenturaya qəbul olunmaq hüququ əldə etdikdən, yəni əsas (baza
ali) tibb təhsilini tam bitirdikdən sonra buraxılacaqlar”, –
məlumatda bildirilib.

Qeyd edək ki, ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi
imtahanının avqustun 9-da Bakı və Naxçıvan şəhərlərində elektron
formada keçirilməsi nəzərdə tutulur.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir