Rusiyada iri qızıl yatağı kəşf olunub

Baş səhifə

Bakı.Trend:

Rusiyanın “Rosgeologiya” holdinqinin mütəxəssisləri ötən il
geoloji kəşfiyyat işləri zamanı Fedorovsko-Kedrovskoye adlı iri
qızıl filizi yatağını aşkar ediblər.

Bu barədə holdinqin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, yataq Xakasiya Respublikası ilə Kemerovo
vilayətinin sərhədində yerləşir.




“Rosgeologiya”nın bildirdiyinə əsasən, yatağın ümumi qızıl
ehtiyatı 28 ton təşkil edir. Bunun 21,7 tonu orta hesabla hər ton
filizdə 1,56 qram qızıl olmaqla C1+C2 kateqoriyaları üzrə dövlət
balansına daxil edilib. C1 kateqoriyası yaxşı öyrənilmiş
ehtiyatları, C2 isə daha perspektivli, lakin hələ tam öyrənilməmiş
sahələri əhatə edir.

Mütəxəssislərin qiymətləndirməsinə görə, karxana konturlarından
kənarda yerləşən balansdankənar qızıl ehtiyatları 6,3 ton təşkil
edir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir