Rusiyada ərzaq qiymətləri dondurula bilər

Baş səhifə

Bakı.Trend:

Rusiyada 10–15 növ sosial əhəmiyyətli ərzaq məhsulunun
qiymətlərinin subsidiyalaşdırılması və bunun hesabına həmin
məhsulların qiymətlərinin müəyyən səviyyədə sabit saxlanılması
təklif olunub.

Bu təşəbbüslə Dövlət Dumasının “Ədalətli Rusiya” Partiyasından
olan deputatı Yuri Qriqoryev çıxış edib.




“10–15 növ sosial əhəmiyyətli məhsulun siyahısını
müəyyənləşdirək: şəkər, qarabaşaq yarması, un, yumurta, süd və s.
Ticarət şəbəkələri dövlətdən subsidiya alsın, əvəzində isə dövlət
həmin məhsulların qiymətlərinin tam şəkildə dondurulmasına zəmanət
əldə etsin”, – deyə deputat bildirib.

Qriqoryev nümunə olaraq bəzi regionlarda tətbiq olunan təcrübəni
göstərib. Onun sözlərinə görə, həmin bölgələrdə yerli hakimiyyət
orqanları çörəkbişirmə müəssisələrini subsidiyalaşdırır ki, bunun
sayəsində bir neçə növ çörəyin qiymətini sabit saxlamaq mümkün
olur.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir