Ağdamda növbəti yanğın hadisəsi qeydə alınıb (YENİLƏNİB)

Baş səhifə

Bakı. Trend:

Ağdam rayonunda növbəti yanğın hadisəsi qeydə alınıb.

Trend-in Qarabağ bürosunun məlumatına görə, yanğın rayonun
Kəngərli kəndi ərazisində başlayıb.

Hazırda alov Sarıcalı və Kəngərli kəndləri istiqamətində davam
edir. Əraziyə Fövqəladə Hallar Nazirliyinin Ağcabədi və Xocalı
rayonlarının Dövlət Yanğından Mühafizə hissələrinin əməkdaşları və
xüsusi texnikaları cəlb olunub.

Yanğının söndürülməsi istiqamətində tədbirlər davam
etdirilir.

XXX




21:35

Fövqəladə Hallar Nazirliyinin “112″ qaynar telefon xəttinə Ağdam
rayonu, Sarıcalı kəndində açıq ərazidə yanğın baş verməsi barədə
məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, məlumatla əlaqədar
dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri
əraziyə cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam
edir.

Əlavə məlumat veriləcək.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir